Azedu.az

Bu vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 12 nəfər müraciət edib  

Dövlət İmtahan Mərkəzi

21 Aprel 2022, 13:53
Bu vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 12 nəfər müraciət edib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə mayın 15-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 13-ü saat 11:00-dək davam edəcək. Bu gün saat 12:50-yə olan məlumata görə, imtahan vermək üçün 12 (AC - 12) nəfər qeydiyyatdan keçib.

 

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox