Azedu.az

DİM bugün apellyasiya təşkil edəcək

Dövlət İmtahan Mərkəzi

24 Fevral 2022, 09:35
DİM bugün apellyasiya təşkil edəcək

Magistraturaya qəbul imtahanının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 24-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

 

AzEdu.az xəbər verir ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər fevralın 24-dək DİM-in saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən tarixədək qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox