Azedu.az

Coğrafiya və riyaziyyat fənləri üzrə onlayn sınaq imtahanlarına dair müzakirələr aparılıb

Dövlət İmtahan Mərkəzi

12 Fevral 2022, 14:34
Coğrafiya və riyaziyyat fənləri üzrə onlayn sınaq imtahanlarına dair müzakirələr aparılıb

Fevralın 11-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq imtahanlarının müzakirəsinin davamı olub.

 

İclaslarda tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. İştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qrupların növbəti iclası fevralın 18-də olacaq.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox