Azedu.az

“Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər” mövzusunda vebinar təşkil olunacaq  

Dövlət İmtahan Mərkəzi

27 Oktyabr 2021, 13:32
“Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər” mövzusunda vebinar təşkil olunacaq  

Təhsil İnstitutu oktyabrın 28-də “Ümumi təhsilin təşkilinə dair verilmiş pedaqoji tələblər” mövzusunda vebinar keçirəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalına layiq görülmüş Aynur Rüstəmova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox