Azedu.az

Subbakalavrların ərizə qəbulu bu gün yekunlaşır  

Dövlət İmtahan Mərkəzi

16 Avqust 2021, 10:42
Subbakalavrların ərizə qəbulu bu gün yekunlaşır  

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı avqustun 16-sı saat 23:59-da başa çatır.

 

AzEdu.az  xəbər verir ki, bu gün saat 10:20-dək subbakalavrların elektron ərizələrinin ümumi sayı 19962 olub. Təsdiq olunan elektron ərizələrin sayı isə 19194-dür. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi elektron ərizə formasını təsdiq edirlər.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu iyulun 8-dən etibarən internet vasitəsilə aparılır.

 

 

 

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox