Azedu.az

Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Dövlət İmtahan Mərkəzi

3 Aprel 2026, 17:38
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

3 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə görüş keçirib.

AzEdu.az xəbər verir ki, sədr M.Abbaszadə qalibləri təbrik edib və mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün DİM tərəfindən iştirakçılara lazımi şərait yaradılacağını bildirib.

O, rəhbərlik etdiyi təşkilat və onun inkişaf planları barəsində danışıb, mentilərin inkişaf perspektivləri haqqında tövsiyələrini verib.

Görüşdə iştirakçıların maraqlarına uyğun olaraq elektron xidmətlər, rəqəmsal texnologiyaların inteqrasiyası və bu sahədə DİM-in təcrübəsi haqqında söhbət aparılıb. Qaliblərlə onların cari il üçün fərdi inkişaf planları da müzakirə edilib.

Qeyd edək ki, növbəti sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.

ABŞ xüsusi təyinatlıları İran girdi - Q*anlı döyüşlər başladı
Son xəbərlərDaha çox