Azedu.az

Buraxılış imtahanında qələm qalmaqalı: nəticələr ləğv oluna bilər?

Dövlət İmtahan Mərkəzi

24 Mart 2026, 09:18
Buraxılış imtahanında qələm qalmaqalı: nəticələr ləğv oluna bilər?

9 və 15 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bir sıra abituriyentlər cavab kartını yazıb-pozan qələmlə doldurublar.

Bu məsələ ətrafında müzakirələr aparılır və belə qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılıb-sayılmayacağı sual doğurur.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, yazıb-pozan qələmlə cavab kartını dolduran abituriyentlərin cavabları aydın və düzgün qeyd olunubsa, onlar nəzərə alınacaq.

Qeyd edək ki, buraxılış imtahanının nəticələrinin imtahan başa çatdıqdan təxminən 7 həftə sonra elan edilməsi nəzərdə tutulur.

Rusiya bunu da etdi - Bakıya gözlənilməz hücum
Son xəbərlərDaha çox