Azedu.az

Buraxılış imtahanı iştirakçıları üçün SORĞU

Dövlət İmtahan Mərkəzi

19 Mart 2026, 17:04
Buraxılış imtahanı iştirakçıları üçün SORĞU

Dövlət İmtahan Mərkəzi 9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.

AzEdu.az xəbər verir ki, sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir.

Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.

Sorğuda 9 və 15 mart tarixlərində buraxılış imtahanı verən şagirdlər iştirak edə bilərlər. Dövlət İmtahan Mərkəzi bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edir.

Verilən keçiddə sorğu bölməsində iş nömrəsi (8 rəqəmli şagird kodu), soyad, ad və ata adınızı müvafiq hissələrə daxil edib sorğuda iştirak edə bilərsiniz!

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox