Azedu.az

Dövlət qulluğu ilə bağlı təlim keçirilib

Dövlət İmtahan Mərkəzi

13 Mart 2026, 14:56
Dövlət qulluğu ilə bağlı təlim keçirilib

12 mart 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov və Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?
Son xəbərlərDaha çox