Azedu.az

Abituriyentlər hansı hallarda yenidən imtahan verə bilər? - DİM AÇIQLADI

Dövlət İmtahan Mərkəzi

12 Mart 2026, 10:22
Abituriyentlər hansı hallarda yenidən imtahan verə bilər? - DİM AÇIQLADI

Buraxılış imtahanlarından sonra abituriyentlərin nəticələri hər il geniş müzakirələrə səbəb olur. Xüsusilə müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyən və ya imtahan zamanı yaşanan gərginlik və stres səbəbindən istədikləri nəticəni göstərə bilməyənlər yenidən imtahanda iştirak imkanlarının olub-olmaması ilə bağlı tez-tez suallar ünvanlayırlar.

Bəs görəsən, hansı hallarda abituriyentlərə yenidən imtahanda iştirak hüququ verilir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlayıb.

Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, belə hal nəzərdə tutulmayıb:

"Ali təhsil müəssisələrinə qəbulun ikinci mərhələsində (blok imtahanı) abituriyentlərə yenidən iştirak etmək hüququ verilmir. Yəni imtahanda iştirak edərək nəticə əldə edən şəxs həmin blok imtahanını təkrar verə bilməz.

Blok imtahanı iki dəfə həyata keçirilir. Abituriyentlər hər iki imtahanda iştirak edə və ya onlardan yalnız birini seçə bilərlər. 

Buraxılış imtahanlarında isə üzrlü səbəblərdən (məsələn, xəstəlik və ya sənədlərin vaxtında qaydasında olmaması səbəbindən) problem yarana bilər. Belə hallarda məktəblər həmin şəxslər barədə məlumatı Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edir.

Bu şəxslər üçün əlavə imtahan keçirilir, lakin həmin imtahanın nəticəsi yalnız attestat almaq üçün keçərlidir və universitetə qəbul üçün istifadə olunmur”, - deyə DİM-dən bildirilib.

Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!
Son xəbərlərDaha çox