Azedu.az

DİM-də TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi

11 Mart 2026, 11:51
DİM-də TOEFL iBT imtahanı keçirilib

2026-cı il martın 11-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

AzEdu.az xəbər verir ki, imtahanda 10 nəfər iştirak edib.

Növbəti TOEFL iBT imtahanının 1 aprel 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt

Xamenei ö*lməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama
Son xəbərlərDaha çox