Azedu.az

Ali məktəblərə müraciət edənlərin sayında REKORD - illər üzrə STATİSTİKA

Dövlət İmtahan Mərkəzi

6 Mart 2026, 13:14
Ali məktəblərə müraciət edənlərin sayında REKORD - illər üzrə STATİSTİKA

2023-2026-cı illərdə Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə verən abituriyentlərin sayı davamlı artım göstərib.

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi məlumat verib.

Belə ki, 2023-cü ildə ali təhsil müəssisələrinə elektron ərizə verən abituriyentlərin sayı 101 489 nəfər olub ki, bunların 92 544 nəfəri Azərbaycan bölməsi, 8 945 nəfəri isə rus bölməsi üzrə qeydiyyatdan keçib. Həmin il kolleclərə müraciət edənlərin sayı 89 416 nəfər təşkil edib, onlardan 83 740 nəfəri Azərbaycan bölməsi, 5 676 nəfəri isə rus bölməsi üzrə olub.

2024-cü ildə ali məktəblərə ərizə verənlərin sayı 110 354 nəfərə yüksəlib, Azərbaycan bölməsinə 100 259, rus bölməsinə isə 10 095 nəfər müraciət edib. Kolleclərə elektron ərizə verənlərin sayı 96 667 nəfər olub, Azərbaycan bölməsində 89 858, rus bölməsində isə 6 809 nəfər ərizə təqdim edib.

2025-ci ildə ali təhsil müəssisələrinə müraciət edənlərin sayı 124 334 nəfərə çatıb, Azərbaycan bölməsi üzrə 112 912, rus bölməsi üzrə 11 422 nəfər ərizə verib. Eyni zamanda, kolleclərə müraciət edənlərin sayı 112 893 nəfər təşkil edib, onlardan 104 513 nəfəri Azərbaycan bölməsi, 8 378 nəfəri isə rus bölməsi üzrə olub.

2026-cı ildə ali məktəblərə ərizə verən abituriyentlərin sayı 129 655 nəfər, Azərbaycan bölməsi üzrə 120 672, rus bölməsi üzrə 12 718 nəfər olub. Kolleclərə müraciət edənlərin sayı isə 120 378 nəfərə çatıb, Azərbaycan bölməsi üzrə 110 363, rus bölməsi üzrə 10 015 nəfər qeydiyyatdan keçib.

Məlumatlardan görünür ki, həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə müraciət edən abituriyentlərin sayı ilbəil artmaqdadır və Azərbaycan bölməsinə müraciətlər rus bölməsinə nisbətən daha çoxdur.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox