Bu gün ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bitdi.
Belə ki, ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün ümumilikdə 133 389 abituriyent qeydiyyatdan keçib.
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, onlardan 129655 nəfəri ali təhsil müəssisələrinə (Ali TM), 120377 nəfəri isə 11 illik baza üzrə kolleclərə sənəd verib. Ali məktəblərə müraciət edənlərin 120671 -i Azərbaycan bölməsi, 12718-i rus bölməsi üzrə qeydiyyatdan keçib. Kolleclərə müraciət edənlər arasında isə 110362 nəfər Azərbaycan, 10015 nəfər rus bölməsini seçib.
“Ana dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında iştirak edəcək abituriyentlərin sayı 11535 nəfərdir. Onlardan 10804 nəfər buraxılış imtahanı çərçivəsində, 731 nəfər isə qəbul imtahanı (I cəhd) çərçivəsində imtahan verəcək.
Bundan əlavə, 2025-ci ildə “məqbul” qiymət alaraq cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 1182 nəfər təşkil edir.
Həmçinin 2025-ci il buraxılış və I mərhələ test imtahanlarının nəticələrinə əsasən müsabiqəyə qoşulan abituriyentlərin sayı 2934 nəfərdir.