Azedu.az

120 minə yaxın abituriyent ali və orta ixtisas təhsili üçün qeydiyyatdan KEÇİB

Dövlət İmtahan Mərkəzi

3 Mart 2026, 10:04
120 minə yaxın abituriyent ali və orta ixtisas təhsili üçün qeydiyyatdan KEÇİB

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasında) qəbul üçün ümumilikdə 118 425 abituriyent qeydiyyatdan keçib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, onlardan 115 732 nəfəri ali təhsil müəssisələrinə (Ali TM), 107 125 nəfəri isə 11 illik baza üzrə kolleclərə sənəd verib. Ali məktəblərə müraciət edənlərin 106 718-i Azərbaycan bölməsi, 11 707-si rus bölməsi üzrə qeydiyyatdan keçib. Kolleclərə müraciət edənlər arasında isə 97 882 nəfər Azərbaycan, 9 243 nəfər rus bölməsini seçib.

“Ana dili (dövlət dili kimi)” fənni üzrə test imtahanında iştirak edəcək abituriyentlərin sayı 10 715 nəfərdir. Onlardan 10 192 nəfər buraxılış imtahanı çərçivəsində, 523 nəfər isə qəbul imtahanı (I cəhd) çərçivəsində imtahan verəcək.

Bundan əlavə, 2025-ci ildə “məqbul” qiymət alaraq cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 992 nəfər təşkil edir.

Həmçinin 2025-ci il buraxılış və I mərhələ test imtahanlarının nəticələrinə əsasən müsabiqəyə qoşulan abituriyentlərin sayı 2 349 nəfərdir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 5 mart tarixində yekunlaşır. Qeydiyyatdan keçməyən namizədlər imtahana buraxılmır.

SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!
Son xəbərlərDaha çox