Azedu.az

DİM ictimaiyyət üçün açıq görüş keçirəcək

Dövlət İmtahan Mərkəzi

24 Fevral 2026, 16:25
DİM ictimaiyyət üçün açıq görüş keçirəcək

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər, həmçinin qəbul kampaniyasının gedişi ilə maraqlanan şəxslər üçün yeni layihə həyata keçirir.

AzEdu.az xəbər verir ki, hər ay DİM-də Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

Qarşıdan kütləvi imtahanlar gəlişi nəzərə alınaraq bu dəfəki görüş "İmtahan qaydaları, iştirakçıların diqqət yetirməli olduqları məsələlər" mövzusuna həsr olunacaq.

Görüş 4 mart saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Görüşdə iştirak etmək istəyənlər martın 2-dək aşağıda keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 150 nəfərin (90 məktəbli, 50 valideyn və 10 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə görüşdə iştirak edən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Qeydiyyat linki:  //portal.dim.gov.az/gorush2026/

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək mövzu ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri və mütəxəssislərinə verə bilərlər.

Ənənəvi olaraq görüşdən sonra şagirdlər və abituriyentlər dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat formasında müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

Qeyd: Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

GƏRGİNLİK ARTDI! Soydaşlarımız təhlükədə -Quru sərhədlər nə vaxt açılır?
Son xəbərlərDaha çox