Azedu.az

DİM-də elmi-metodik seminarlar keçirilib

Dövlət İmtahan Mərkəzi

20 Fevral 2026, 14:47
DİM-də elmi-metodik seminarlar keçirilib

16 fevral tarixində Azərbaycan dili və informatika, 17 fevral tarixində kimya, 18 fevral tarixində fizika və rus dili, 19 fevral tarixində biologiya, 20 fevral tarixində isə coğrafiya və riyaziyyat fənləri üzrə elmi-metodik seminarlarda imtahan fənləri üzrə ümumtəhsil müəssisələrinin 5-11-ci siniflərində istifadədə olan dərsliklərin təhlili aparılıb.

AzEdu.az xəbər verir ki, təhlil nəticəsində imtahan materiallarının hazırlanması üçün istifadə məqsədilə metodik göstərişlər hazırlanıb.

Tarix fənni üzrə 19 fevralda keçirilmiş seminarda isə mənbə tapşırıqlarının təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Biologiya fənni üzrə seminarda Göyçay rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Salehova Səidə müzakirələrdə fəal  iştirak edib və müzakirə edilən məsələlər barədə öz fikirlərini bildirib.

Beləliklə, elmi-metodik seminarlar öz işini başa çatdırıb.

Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?
Son xəbərlərDaha çox