Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektoru məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Əmək funksiyaları
- Psixometrik alətlərin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak etmək;
- e-psixoloq.az internet səhifəsinin inkişafı üçün təkliflərin irəli sürülməsi;
- e-psixoloq.az internet səhifəsi və ona aid sosial şəbəkələrə materialların yerləşdirilməsi və müraciətlərin cavablandırılması;
- Psixologiya sahəsinə dair elmi və maarifləndirici materialların hazırlanması;
- Təlim, treninq və seminar proqramlarının hazırlanması;
- Regionlarda keçirilən təlimlərlə əlaqədar ezamiyyətlərə getmək;
- Psixoloji konsultasiya, təlim, treninq, diaqnostika və seminarların keçirilməsi;
- Statistik təhlilin aparılması və nəticələrin psixometrik interpretasiyası;
- Sektorun digər struktur bölmələr ilə qarşılıqlı fəaliyyətində iştirak;
- Təşkilat daxili digər struktur bölmələrə müvafiq sahə üzrə dəstəyin göstərilməsi;
- Rəhbərliyin təşkil etdiyi tədbirlərdə iştirak;
- Müntəzəm fəaliyyət hesabatlarının hazırlanması;
- Beynəlxalq və ölkədaxili tədbirlərdə, layihələrdə iştirak;
- DİM-in keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar
- Psixologiya üzrə ali təhsil;
- Sahə üzrə ən azı 1 il iş stajı;
- MS Office, Google Drive, Google Docs, Google Forms, Jira software və SPSS və ya Jamovi kimi statistik təhlil proqramları ilə işləmə bacarığı;
- Akademik mənbələrlə (Scopus, E-library, Web of Science və s.) işləmə bacarığı;
- Azərbaycan dili - səlis; Ingilis dili və/və ya Rus dili – ən azı B1;
- Analitik düşünmə, planlaşdırma, yaradıcılıq, çeviklik, stresə davamlılıq, effektiv kommunikasiya, komanda və fərdi şəkildə işləmə bacarığı.
Müraciət qaydası
- //portal.dim.gov.az/HR/ linkinə keçid edilməlidir.
- Müvafiq vakansiya adını (psixoloq-məsləhətçi) seçərək müraciət forması doldurulmalıdır.
- Müraciət 6 mart 2026-cı il tarixinədək göndərilməlidir.