15 və 23 yanvar 2026-cı il tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının (şəhadətnamələrinin) verilməsinə başlanılıb.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat (şəhadətnamə) əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını (şəhadətnamələrini) şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər:
- 15 yanvar 2026-cı il tarixdə dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş şəxslər;
- 23 yanvar 2026-cı il tarixdə avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər.
Sertifikatı (şəhadətnaməni) DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.