Azedu.az

Dövlət qulluğuna test imtahanları keçirilib 

Dövlət İmtahan Mərkəzi

6 Fevral 2026, 09:21
Dövlət qulluğuna test imtahanları keçirilib 

Fevralın 5-də Dövlət İmtahan Mərkəzində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Dövlət qulluğuna qəbul imtahanında 787 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 9 nəfər, BB2 altqrupu üzrə 11 nəfər, BB3 altqrupu üzrə 27 nəfər, BB4 altqrupu üzrə 75 nəfər olmaqla, ümumilikdə 122 namizəd uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan saat 16:00-da başlanıb. Bu imtahanda 158 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə  1 nəfər, AC4 altqrupu üzrə  1 nəfər,BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 11 nəfər, BA4 altqrupu üzrə 8 nəfər, BB1 altqrupu üzrə 25 nəfər, BB2 altqrupu üzrə 35 nəfər, BB3 altqrupu üzrə 19 nəfər, BB4 altqrupu üzrə 20 nəfər olmaqla, ümumilikdə 140 namizəd uğur qazanıb.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6, 9 və 10 fevral tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

Pezeşkian Azərbaycanı təhdid edən şəxsə yüksək vəzifə verdi
Son xəbərlərDaha çox