Azedu.az

Bu şəxslər DİM-in imtahan ödənişlərindən azaddır

Dövlət İmtahan Mərkəzi

31 Yanvar 2026, 11:28
Bu şəxslər DİM-in imtahan ödənişlərindən azaddır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən qəbul imtahanlarında iştirak ödənişlidir. Belə ki, magistraturaya qəbulun hər iki imtahan mərhələsi üçün iştirak haqqı 50 manat təşkil edir. Ali təhsil müəssisələrinə qəbul üzrə ikinci şans imtahanında iştirak etmək istəyən abituriyentlər də 50 manat ödəniş etməlidirlər.

Bəs kimlər bu ödənişdən azaddır?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

- Bunlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar

- məcburi köçkün statusu olan şəxslər

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Bu kateqoriyaya aid olan şəxslər qəbul imtahanlarında ödəniş etmədən iştirak edə bilərlər.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox