Azedu.az

DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”

Dövlət İmtahan Mərkəzi

26 Yanvar 2026, 16:54
DİM-də təlim: “Ünsiyyət bacarıqlarının inkişafı”

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 23 və 26 yanvar 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Tural İsgəndərov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılar ünsiyyət bacarıqlarının əhəmiyyəti, Shennon Viver modeli, ünsiyyət növləri, inandırıcı ünsiyyət, auditoriyanın analizi, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir etmə üsulları, ünsiyyət qurularkən məlumatın qəbul olunması, görüşlərdə yönləndirici ünsiyyət  və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox