Azedu.az

Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edilir

Dövlət İmtahan Mərkəzi

23 Yanvar 2026, 14:31
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edilir

23 yanvar 2026-cı il tarixində 7 dövlət orqanında inzibati vəzifələrin 3 və 4-cü təsnifatlarına uyğun olan 17 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

Daxili müsahibə elan edilən vəzifələrin 3-ü üçüncü təsnifatına, 14-ü dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələridir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 23 yanvar 2026-cı il tarixindən 6 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox