Azedu.az

Taksi sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi

16 Yanvar 2026, 10:35
Taksi sürücüləri üçün imtahan keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 23 yanvar tarixində imtahan keçirəcək.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox