Azedu.az

DİM imtahanlarda yoxlama prosesini daha da sərtləşdirəcək? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi

5 Yanvar 2026, 12:58
DİM imtahanlarda yoxlama prosesini daha da sərtləşdirəcək? - RƏSMİ

2025-ci ildə keçirilən qəbul imtahanlarında 11 abituriyent müxtəlif texniki vasitələrdən istifadə etməkdə ittiham olunub.

Onlardan 9 abituriyentin imtahan nəticəsi ləğv edilib və ixtisas seçiminə buraxılmayıblar. Qalan 2 abituriyent isə binaya daxil olana qədər həmin texniki vasitələri çıxardığından və imtahanda adi qaydada iştirak etdiyindən, onların nəticələri qüvvədə saxlanılıb.

Maraqlıdır, bu il imtahanlarda abituriyentlərin yoxlanışı daha da gücləndiriləcək? Bunun üçün əlavə texniki vasitələrdən istifadə ediləcəkmi?

AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb. 

DİM-dən sorğumuza cavab olaraq bildirlib ki, yoxlama prosesi çoxmərhələlidir və yalnız binanın girişində olan hissə ilə məhdudlaşmır. Məhz bunun sayəsində hər hansı bir mərhələdə qadağan olunan cihazları, eləcə də digər qayda pozuntularını və s. aşkar etmək mümkün olur:

"Ancaq bütün qabaqlayıcı tədbirlərin əvvəlcədən elan edilməsi doğru deyil. Əsas məsələ odur ki, imtahan iştirakçıları qaydalara riayət etsinlər. Abituriyent və ya onların valideynləri diqqətli olmalıdırlar. Hər bir imtahandan öncə qaydalarla bağlı iştirakçılara "Yaddaş kitabçası" da təqdim olunur. Bizim əsas məqsədlərimizdən biri hər kəs üçün bərabər şərtlər altında imtahan keçirməkdir.

İmtahan iştirakçıları bilməlidirlər ki, qayda pozuntusuna yol verildikdə bu aşkar olunacaq və müvafiq cəza tətbiq olunacaqdır".

İranda etirazçılara SƏRT XƏBƏRDARLIQ - Hamını məhv edəcəyik!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox