Azedu.az

600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik

Dövlət İmtahan Mərkəzi

20 Dekabr 2025, 14:42
600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik

“2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik”.

AzEdu.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib:

“2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsini ləğv etmişdik. Həmin hadisədə təşkilatçı universitet müəllimi idi - dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi”.

“2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir”, – deyə o söyləyib.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox