"İmtahanlarda texniki vasitələrdən istifadə və saxtakarlığa cəhd edənlər həmişə aşkarlanır və onlara qarşı ciddi tədbirlər görülür".
AzEdu.az xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib:
“Yeni "virus" fikirləşənlər bilməlidir ki, DİM həmişə onlardan ən azı bir addım öndədir. Son hadisələr bu şəxslərə peyvənd təsiri göstərəcək. 2004-cü ildən sonra uzun müddət heç kim bu cür müdaxilələrə risk etmədi.
Bütün abituriyentlərin nəticələri xüsusi alqoritmlərlə yoxlanılır və şübhəli hallar dərhal elan edilmir. Hər kəsin nəticəsi açıqlanır, yalnız şübhəli nəticələr araşdırma üçün müvəqqəti saxlanılır. Araşdırma tamamlandıqdan sonra nəticələr bərpa edilə bilər.
Əgər nəticələri araşdırmadan açıqlasaq, yüz minlərlə insan prosesi gözləməli olardı. Bu səbəbdən şübhəli halları əvvəl yoxlayırıq və sonra nəticələri elan edirik”, - deyə Məleykə Abbaszadə vurğulayıb.