Azedu.az

DİM-də təlim: “Səriştəyönümlü təşkilati mədəniyyət”

Dövlət İmtahan Mərkəzi

18 Dekabr 2025, 10:32
DİM-də təlim: “Səriştəyönümlü təşkilati mədəniyyət”

17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Nazlı Abduləlimova və həmin sektorun məsləhətçisi Aynurə Abdalova tərəfindən “Səriştəyönümlü təşkilati mədəniyyət” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara təşkilati mədəniyyət, səriştə modeli və onun üstünlükləri, səriştəyönümlü təşkilati mədəniyyətə keçid etmək üçün qurum tərəfindən görülməli olan işlər və s. barədə geniş məlumat təqdim edilib.

Sonda isə iştirakçıları maraqlandıran səriştə modelinə keçiddə yarana bilən çətinliklər, yeni qiymətləndirmə metodlarının tətbiqi və bir sıra fərqli məzmunlu  suallar kazuslar əsasında ətraflı müzakirə olunub.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox