Azedu.az

11 abituriyent imtahana gizli cihazla necə girib? - DİM AÇIQLADI

Dövlət İmtahan Mərkəzi

17 Dekabr 2025, 13:06
11 abituriyent imtahana gizli cihazla necə girib? - DİM AÇIQLADI

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə keçirilən buraxılış və qəbul imtahanlarında 11 abituriyentin köməkçi vasitələrdən istifadə etdiyini aşkar edib. İmtahan nəticələrinin xüsusi yoxlama alqoritmləri ilə araşdırılması zamanı şübhəli hallar üzə çıxıb.

Araşdırmalar nəticəsində qanunsuz texniki vasitələrdən istifadə edən şəxslər və onları təmin edən şəbəkə müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, istintaqın gedişi zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlarla abituriyentlərin imtahanlardan asan keçməsinə kömək göstəriblər. Onlar müxtəlif şəxslərdən pul vəsaiti alaraq cihazların istifadəsini izah ediblər.

Abituriyentlər cihazları imtahanda gizlətmək üçün altı qalın idman ayaqqabısının alt hissəsini xüsusi alətlə kəsib genişləndiriblər. Ayaqqabının altlığında cihazların olması kənardan görünməyib və girişdə aşkarlanması mümkün olmayıb. Daha sonra abituriyentlər sanitar qovşağa gedərək qulaqlıqları, kameraları və internet ötürücü cihazları bədənlərinə yerləşdiriblər.

İmtahan zamanı kameralar kitabçaya tutularaq görüntü qarşı tərəfə ötürülüb, cavablar isə “vip smart” yazılı nazik plastik karta oxşayan cihaz vasitəsilə qarşı tərəfə çatdırılıb. Kartdakı nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilirdi.

SON DƏQİQƏ! Mehdiyevin adamı qorxudan Rusiyaya qaçdı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox