Azedu.az

“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat bitir

Dövlət İmtahan Mərkəzi

9 Dekabr 2025, 09:12
“Peşə seçimi” testlərində iştirak üçün qeydiyyat bitir

Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edir.

AzEdu.az xəbər verir ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarına uyğun peşələri müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır.

Bu alət aşağıdakı üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına göndərilir.

İmtahan dekabrın 10-da DİM-in elektron imtahanlar korpusunda saat 10:00 və 14:00 olmaqla iki növbədə təşkil olunacaq.

Testdə iştirak etmək üçün qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.

//exidmet.dim.gov.az/elimt/peshe 

Bu testlər artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox