"Ən yaxşı təqdimat müsabiqəsi" nin ölkə mərhələsinə vəsiqə qazanan şagirdlərin adları elan edilib.
Bu barədə AzEdu.az-a Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəslə daha dərindən öyrədilməsi məqsədilə ölkəmizdə ənənəvi olaraq keçirilən "Ən yaxşı təqdimat müsabiqəsi" nin ölkə mərhələsinə vəsiqə qazanan şagirdlərin adları elan edilib.
Qeyd edək ki, müsabiqədə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX–XI siniflərində təhsil alan 58 şagird iştirak edib. Nəticələrə əsasən, hər rayon üzrə 1 nəfər olmaqla ümumilikdə 4 şagird regionu təmsil edərək ölkə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Region qaliblərinin siyahısını diqqətinizə təqdim edirik.
1. Məmmədova Xədicə Namiq qızı – Ağsu şəhər S. Umbayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi.
2. Zərbiyeva Gülay Taleh qızı – İsmayıllı şəhər E. Məmmədov adına 3 nömrəli məktəb-liseyinin XI sinif şagirdi.
3. Səfərli Ələddin Əlvan oğlu – Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar təmayüllü liseyinin XI sinif şagirdi.
4. Tarverdiyeva Məleykə Raqib qızı – Şamaxı rayon Sabir qəsəbə A. Alxanov adına tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi.
Müsabiqənin əsas məqsədi müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyası irsinin gənc nəsillərə daha dərindən öyrənilməsini təşviq etmək, şagirdlərdə tədqiqatçılıq və təqdimat bacarıqlarını inkişaf etdirməkdir.
Müsabiqənin ölkə mərhələsinin cari ilin aprel ayında keçirilməsi planlaşdırılır.