Azedu.az

Dağlıq Şirvan regionunda adları dəyişən MƏKTƏBLƏR - SİYAHI

Dağlıq Şirvan

9 Dekabr 2025, 09:21
Dağlıq Şirvan regionunda adları dəyişən MƏKTƏBLƏR - SİYAHI

Ümumi təhsil orta məktəblərinin adlarında bəzən müxtəlif səbəblərdən dəyişikliklər müşahidə olunur. 

Maraqlıdır, bu günə qədər adları dəyişən orta məktəblər hansılardır?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dağlıq Şirvan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Şamaxı rayonunda İnşaat qəsəbə tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir və onun əvvəlki adı “7 nömrəli tam orta ümumtəhsil məktəbi” olub:

"Həmçinin, Ovculu kənd tam orta ümumtəhsil məktəbinin adı bəzi yerlərdə “Ovçulu kənd tam orta ümumtəhsil məktəbi” kimi də yazılır. Ağsu rayonunda Pirsaat qəsəbə ibtidai ümumtəhsil məktəbi mövcuddur, həmçinin Şamaxı rayonu Mərzəndiyə kənd ibtidai ümumtəhsil məktəbinin adı da əvvəlki kimi qalır.

İsmayıllı rayonunda Kürdeldarbəyli kənd tam orta ümumtəhsil məktəbinin adı bəzi hallarda “Kürd Eldarbəyli kənd tam orta ümumtəhsil məktəbi” kimi alternativ formada istifadə olunur.

Qobustan rayonunda Şıxzərli kənd ümumi orta ümumtəhsil məktəbinin adı əvvəlki olaraq “Şıxzahırlı kənd ümumi orta ümumtəhsil məktəbi” kimi də yazılıb. Eyni zamanda, Y.Sadıqov adına Çalov kənd ümumi orta ümumtəhsil məktəbinin adı da bəzən “Y.Sadıqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbi” olaraq qeyd olunur".

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox