Azedu.az

İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 

Buraxılış imtahanları

12 Mart 2026, 17:16
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 

Dövlət İmtahan Mərkəzi martın 15-də işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. 

Qeyd olunub ki, işğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 105 nəfər şagirdin  iştirakı nəzərdə tutulub. 
Onlardan 30-u Xankəndi şəhəri 4 nömrəli tam orta,  20 şagird, Xocalı şəhəri 1 nömrəli tam orta, 18 şagird  Ağdam rayonunun Kəngərli kənd tam orta, 16 şagird Şuşa şəhəri 1 nömrəli tam orta, 20 şagird Laçın şəhəri 2 nömrəli tam orta, 1 şagird isə Kəlbəcər şəhəri 1 nömrəli tam orta məktəbin payına düşür. 

O da bildirilib ki, Kəlbəcər şəhəri 1 nömrəli tam orta və  Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində buraxılış imtahanları bu il ilk dəfə keçiriləcək. 

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları  6 binada təşkil olunacaq. 

İmtahanın idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 7 zal nəzarətçisi  cəlb olunub.

TƏCİLİ! Türkiyə qırıcıları İrana görə havaya qaldırıldı
Son xəbərlərDaha çox