Azedu.az

Buraxılış imtahanına az vaxt qalıb: nəticəniz bu yolla ARTACAQ

Buraxılış imtahanları

26 Fevral 2026, 12:49
Buraxılış imtahanına az vaxt qalıb: nəticəniz bu yolla ARTACAQ

Buraxılış imtahanına artıq çox az vaxt qalıb - martın 9-da keçiriləcək bu imtahan şagirdlərin gələcək təhsil pilləsində mühüm rol oynayır. Diqqət çəkən məqamlardan biri odur ki, bəzən kifayət qədər savadlı və hazırlıqlı olan şagirdlər gözləniləndən aşağı nəticə göstərirlər.

Bu hal təbii olaraq sual yaradır: imtahan zalında hansı səhvlər edilir və nəticəyə nə təsir göstərir?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Murad açıqlama verib.

O bildirib ki, abituriyentlərin imtahanda zəif nəticə göstərmələrinin arxasında duran səbəblər müxtəlifdir.

“Məsələ burada bir çox aspektlərə görə təhlil olunmalıdır. Abituriyentlərin imtahanda zəif nəticə göstərmələrinin arxasında duran səbəblər müxtəlifdir.

Birincisi, abituriyentlərdə olan yüksək həyəcan imtahan zamanı onların real bilik səviyyəsini nümayiş etdirməsinə mane olur. İkincisi, abituriyentlərin əksəriyyətinin ailə mühitində rastlaşdığı təzyiqlər psixoloji gərginliyi artırır. Üçüncüsü, imtahan zamanı vaxtın düzgün bölünməməsi nəticə itkisinə səbəb olur. Dördüncüsü, bəzən bilmədikləri bir sualın üzərində dayanaraq digər sualları vaxt baxımından təhlükə altına salırlar. Beşincisi, imtahan zalında yol verilən boşluqlar - köçürmə hallarının olması, otaqda səs-küy, ingilis dili fənnində dinləmə prosesinin şəffaf olmaması və s. diqqətin yayınmasına gətirib çıxarır. Altıncısı isə kodlaşdırma üçün lazımi vaxtın ayrılmamasıdır ki, bu da bal itkisinə səbəb ola bilir".

İmtahan zalında hər hansı xoşagəlməz hal baş verərsə, dərhal zal nəzarətçisinə irad bildirmək lazımdır; kiminsə xətri qalacaq deyə imtahanı qurban vermək olmaz:

“İmtahanın uğurlu olması üçün mənim abituriyentlərə tövsiyəm budur ki, birincisi, həyəcanı mümkün qədər kənara qoysunlar, bunun yolu imtahanda bildikləri sualda və onları rahatladan fəndən başlamaqdır. İkincisi, kənardan deyilən heç bir sözə əhəmiyyət vermədən sadəcə imtahana konstruksiya olmaqdır. Üçüncüsü, imtahan zamanı vaxt düzgün bölməkdir (hər fənnə maksimum 55 dəqiqə vaxt ayırmaq lazımdır, kodlaşdırma üçün ən az 10-15 dəqiqə ayrılmalıdır). Dördüncüsü, konkret bildikləri sualları işləyib vaxt aparan sualları ən sona saxlamaqdır. Onu da qeyd edim ki, imtahan zalında hər hansı xoşagəlməz bir hal olduqda (səs-küy, digər abituriyentin narahat etməsi və s.) dərhal zal nəzarətçisinə bu barədə öz iradlarını bildirmək lazımdır. Orda kiminsə xətri qalacaq deyə imtahanını ona qurban vermək lazım deyil".

Efirlərdəki BİABIRÇILIQ YIĞIŞDIRILIR - Alimlərimiz iclasda yatdı
Son xəbərlərDaha çox