Azedu.az

Buraxılış imtahanının TARİXLƏRİ

Buraxılış imtahanları

22 Yanvar 2026, 10:43
Buraxılış imtahanının TARİXLƏRİ

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da cədvəldə tanış ola bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb.

Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları  martın 9-da imtahan verəcəklər).

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox