Azedu.az

Bu məktəbə direktor müavinin təyinatı olub

Bakı şəhəri üzrə Təhsil İdarəsi

2 Dekabr 2025, 10:35
Bu məktəbə direktor müavinin təyinatı olub

Dekabrın 1-də Bakı Şəhəri Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 53 nömrəli məktəbə 0,5 ştat vahidi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan Sona Abbasova kollektivə təqdim edilib.

AzEdu.az-ın əldə məlumata görə, məktəb rəhbərliyi Sona müəllimin pedaqoji təcrübəsinin tədris prosesinin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Təqdimat zamanı Sona Abbasova göstərilən etimada görə minnətdarlığını ifadə edərək, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb. O, komanda işi, səmərəli əməkdaşlıq və yüksək nəticələrin əldə olunması istiqamətində əzmlə çalışacağını qeyd edib.

Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?
Son xəbərlərDaha çox