Azedu.az

Microsoft Copilot ilə tədris asanlaşır

Bakı şəhəri üzrə Təhsil İdarəsi

17 Mart 2026, 11:02
Microsoft Copilot ilə tədris asanlaşır

“Rəqəmsal məktəb” platformasına (//reqemsal.edu.az/) interqrasiya edilmiş “Microsoft Copilot” tətbiqi müəllimlərin gündəlik iş yükünü azaltmaq və tədris prosesini daha effektiv etmək məqsədilə hazırlanıb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki,“Microsoft Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir. Bu alət müəllimlərə gündəlik tədris fəaliyyətində dərslərin planlaşdırılması, mürəkkəb mətnlərin təhlili, yeni ideyaların sistemləşdirilməsi,  tapşırıqların və gündəlik qiymətləndirmə resurslarının hazırlanması istiqamətində dəstək verir.

Yeni funksionallıq vasitəsilə müəllimlər daha qısa vaxtda daha sistemli və yaradıcı tədris materialları hazırlaya biləcəklər.

Paytaxtdan çıxın, VURACAĞIQ! - İrandan daha bir şok hədə
Son xəbərlərDaha çox