Azedu.az

Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək

Bakı şəhəri üzrə Təhsil İdarəsi

13 Mart 2026, 13:01
Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək

“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsinin qalibləri açıqlanıb.  

AzEdu.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqənin şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən 14, özəl məktəblərdən 3 nəfər olmaqla, ümumilikdə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak hüququ qazanıb.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsində qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə mövqeyini bildirməsi, nitqinin səlisliyi, lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması, nəticələr çıxarması və müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması meyarlarına əsasən aparılıb. Müsabiqənin ölkə mərhələsinin cari ilin aprel ayında keçirilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

İran Türkiyəni vurmaq istədi - Raket səmada məhv edildi
Son xəbərlərDaha çox