Azedu.az

Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsi

3 Mart 2026, 15:06
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlar üçün növbəti onlayn təlim-seminarlar keçirilib.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Təlimlər insan resurslarının səmərəli idarə olunması, maliyyə və təminat-təchizat məsələlərinin effektiv təşkilinə həsr olunub.

BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova “İnsan resurslarının idarəolunması” mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı əmək qanunvericiliyi və hüquqi məsuliyyət, müəllimlərin işə qəbulu mexanizmi, ştat cədvəlləri, əmək intizamı və digər idarəetmə məsələləri barədə ətraflı məlumat verilib.

İdarənin Maliyyə-Mühasibatlıq sektorunun müdiri İlahə Əliyeva iştirakçılara maliyyə sənədlərinin müvafiq qaydalara uyğun işlənməsi, hesabatlılıq mexanizmləri barədə ətraflı məlumat verib, bu sahədə idarəetmənin səmərəli təşkilinin məktəbin fəaliyyətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov məktəblərdə təchizat və təsərrüfat işlərinin düzgün təşkili, resurslardan səmərəli istifadə və material təminatının vaxtında həyata keçirilməsinin vacibliyi barədə danışıb, direktorların bu istiqamətdə operativ və planlı yanaşmasının tədris prosesinin fasiləsizliyini təmin etdiyini vurğulayıb.

Daha sonra direktorları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, təlim-seminarların keçirilməsində əsas məqsədi yeni təyin olunmuş məktəb direktorlarının idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, fəaliyyətlərinin mövcud qaydalara və normativ sənədlərə uyğun təşkili, eləcə də təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş müasir idarəetmə mexanizmləri barədə məlumatlandırılmasından ibarətdir.

İsrail ordusu İrana girdi - Prezident binasını vurdular
Son xəbərlərDaha çox