Azedu.az

“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi

Bakı şəhəri üzrə Təhsil İdarəsi

18 Fevral 2026, 13:37
“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilir.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, müsabiqənin şəhər mərhələsində paytaxtın ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatı dinlənilir. Martın 10-na kimi davam edəcək dinləmələrdə uğur qazanan  ən yaxşı təqdimat müəllifləri ölkə turunda iştirak hüququ qazanacaq.

Müsabiqədə qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması və müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması meyarlarına əsasən aparılır.

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Rusiyada dəhşətli partlayış - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox