Azedu.az

“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub

Bakı şəhəri üzrə Təhsil İdarəsi

23 Dekabr 2025, 12:54
“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub

İstedadlı şagirdlərlə aparılan işlərin sistemləşdirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”lar fəaliyyət göstərir.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Həmçinin paytaxtın inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə “Kiçik Akademiya”ların hesabat konfransları baş tutub.

Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.

Ukrayna bombalayır - Rusiyada dəhşətli partlayışlar
Son xəbərlərDaha çox