Azedu.az

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

Bakalavr və sınaq imtahanları

30 İyul 2018, 00:05
Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır.  Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə,  ixtisas seçimində qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər iştirak edə bilər.

Məlumata görə, I, II, III, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi aparılacaq. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.

 

Qeyd edək ki, ixtisas seçimi 13 avqustadək davam edəcək.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox