Azedu.az

DİM sınaq imtahanları keçirəcək

Bakalavr və sınaq imtahanları

Dövlət İmtahan Mərkəzi

14 Mart 2019, 16:36
DİM sınaq imtahanları keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi (buraxılış imtahanları) üzrə keçiriləcək onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, sınaq imtahanlarına qeydiyyat otk.az portalında aparılır. 

İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

//otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox