Azedu.az

Bağçalara növbəyə yazılma prosesi davam edir

Bağçalar

20 Noyabr 2025, 10:35
Bağçalara növbəyə yazılma prosesi davam edir

2025-2026-cı tədris ili üzrə 02 oktyabr 2025-ci il, saat 11:00-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir. Qəbul prosesi bq.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox