Azərbaycanda 600 minə yaxın uşaq üçün məktəbəqədər təhsilə 2,7 milyard manat lazımdır.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu vəsaitin gələn il üçün qarşılanması isə qeyri-realdır.
Nazir deyib ki, artıq 5 min uşağ məktəbəqədər təhsilə cəlb edilib və bu göstəricinin 30 minə çatdırılması hədəflənib".
E.Əmrullayev eyni zamanda sertifikasiya imtahanlarına da toxunub:
"İmtahandan keçə bilməyən müəllimlər 2027-ci ildə təkrar sertifikatlaşmaya cəlb olunacaqlar. Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimlərdən daha yüksək standartlar tələb etməliyik. Müəllimlərdən tələbləri azaldıb, təhsillə bağlı gözləntiləri artırmaq düzgün deyil".