“Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra ölkə tarixində ilk dəfə olaraq bu müəssisələrə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilib. Ötən müddət ərzində təxminən 1000-ə yaxın yeni kadr işə qəbul olunub. Həmçinin diaqnostik qiymətləndirmə prosesi də həyata keçirilib”.
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli İTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, aparılan qiymətləndirmə nəticələri göstərib ki, məhz müsabiqə yolu ilə işə qəbul olunan tərbiyəçi-müəllimlər əvvəlki illərdə işə qəbul edilən kadrlarla müqayisədə daha yüksək nəticələr göstəriblər:
“Həmin nəticələrdən aydın olur ki, müsabiqə əsasında işə qəbul olunan tərbiyəçi-müəllimlərin göstəriciləri əvvəlki illərdə işə qəbul olunan həmkarlarından xeyli yüksəkdir. Bu prosesin şəffaf və obyektiv formada təşkili isə ali və ya orta ixtisas təhsilli şəxslərin bu sahəyə marağını əhəmiyyətli dərəcədə artırıb”.