Azedu.az

Bağça müəllimi işləmək istəyənlər üçün imtahan MÖVZULARI

Bağçalar

12 Mart 2026, 10:30
Bağça müəllimi işləmək istəyənlər üçün imtahan MÖVZULARI

Təhsil İnstitutu məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsinin qiymətləndirmə çərçivəsini təqdim edib.

AzEdu.az xəbər verir ki, təqdim olunan çərçivəyə əsasən, müsabiqənin test imtahanı mərhələsində namizədlər məzmun və metodika üzrə 40 sual, pedaqoji və psixoloji yanaşmalar üzrə 20 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmalı olacaqlar.

Məzmun sahələri üzrə mövzular bunlardır:

1. Məzmun və metodika

– Məktəbəqədər təhsilin inkişaf sahələri və standartları
– Təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarəedilməsi,
– dəyərləndirilməsi, proqnozlaşdırılması və s.

İnklüziv təhsil mühitinin təşkili:
• Bütün uşaqlarda yaradıcı öyrənmənin dəstəklənməsi və həvəsləndirilməsi
• Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi

Metodika:
• Sensor bacarıqların inkişafı
• Fiziki tərbiyə (böyük və kiçik motor bacarıqları)
• Təsviri fəaliyyət
• Ətraf aləmlə tanışlıq
• Nitq inkişafı
• Bədii təfəkkürün inkişafı
• Məntiqi və riyazi təfəkkürün inkişafı
• Savad təliminin inkişafı
• Uşaqlarda özünəxidmət və əmək vərdişlərinin formalaşması
• Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri
• Uşaqların məktəb təliminə hazırlığı

– Uşaqlarda yaradıcı düşüncənin dəstəklənməsi yolları
– Fəaliyyətlərarası keçidlər və asudə vaxtın təşkili
– Tədbirlərin və ekskursiyaların təşkili
– Fəaliyyət mərkəzləri (guşələr) və onların təlimə inteqrasiyası
– Gigiyena qaydaları və ilkin yardım

2. Pedaqoji və psixoloji yanaşmalar

– Təhsilverənlərin hüquq və vəzifələri
– Uşaq hüquqları
– Pedaqoji etika
– Valideynlərlə iş formaları

Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları və konfliktlərin idarə edilməsi:
• uşaq-uşaq;
• uşaq-böyük;
• böyük-böyük.

Psixo-pedaqoji nəzəri əsaslar (J.Piaje “Koqnitiv inkişaf” nəzəriyyəsi; L.Vıqotski “Sosial inkişaf nəzəriyyəsi”; H.Gardner “Çoxnövlü inkişaf nəzəriyyəsi” və s.)
•Uşaq şəxsiyyətinin formalaşması (ünsiyyət tələbatı, emosional-iradi inkişafı)
•M.Montessori, Valdorf, R.Emilianın pedaqoji yanaşmaları

– Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətləri
– Uşaq şəxsiyyətinin formalaşması (ünsiyyət tələbatı, emosionaliradi inkişafı) 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə  3 mərhələdən ibarətdir: elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!
Son xəbərlərDaha çox