Azedu.az

Uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Bağçalar

5 Mart 2026, 14:41
Uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Paytaxtın Nərimanov rayonunda 101 nömrəli körpələr evi-uşaq bağçası Elm və Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmirdən sonra istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, Açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Elm və Təhsil işçiləri Həmkarlar İitifaqı Nərimanov Rayon Komitəsinin sədri Vüsalə Cəfərova, idarənin müvafiq struktur bölmə rəhbərləri, bağça müdirləri, müəllimlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən birinin məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasından ibarət olduğunu nəzərə çatdırıb. Uşaq bağçalarının fəaliyyətinə uğurlar arzulayan müdir müavini Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirildiyini deyib.

Tədbirdə çıxış edənlər məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıblar.

Qeyd edək ki, yeni istifadəyə verilən 101 nömrəli körpələr evi-uşaq bağçası 75 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 5 tərbiyəçi, 10 texniki işçi məşğul olur.

SON DƏQİQƏ! İran Naxçıvanı vurdu - Gündəm Masada
Son xəbərlərDaha çox