Azedu.az

164 müəssisə, 7 mindən çox uşaq: məktəbəqədər təhsildə STATİSTİKA

Bağçalar

15 Yanvar 2026, 12:13
164 müəssisə, 7 mindən çox uşaq: məktəbəqədər təhsildə STATİSTİKA

2025-ci ildə ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin sayı 164-ə çatıb.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, onların 92-si körpələr evləri-uşaq bağçaları, 72-si isə uşaq bağçaları olub. Həmin müəssisələrdə ümumilikdə 7 312 uşaq təhsil alıb. Uşaqların 4 122 nəfəri körpələr evləri-uşaq bağçalarında, 3 190 nəfəri isə uşaq bağçalarında qeydiyyatda olub.

Məktəbəqədər təhsil müəssisələrində təhsil alan qızların sayı 3 547 nəfər təşkil edib. Eyni zamanda, hər 100 yerə düşən uşaqların sayı 69 nəfər olub ki, bu da müəssisələrin doluluq səviyyəsini xarakterizə edir.

2025-ci ilin göstəriciləri məktəbəqədər təhsilin genişlənməkdə olduğunu və uşaqların bu təhsil pilləsinə cəlb olunma səviyyəsinin artdığını göstərir. Mövcud statistika sahənin inkişafı üçün potensialın davam etdiyini və gələcək illərdə əlavə imkanların yaradılmasının vacibliyini ortaya qoyur.

 

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox