Azedu.az

BŞTİ: Bakıda bağçadakı yanğında xəsarət alan olmayıb- YENİLƏNİB

Bağçalar

23 Dekabr 2025, 13:02
BŞTİ: Bakıda bağçadakı yanğında xəsarət alan olmayıb- YENİLƏNİB

Dekabrın 23-də 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bu barədə AzEdu.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

 

12:41

Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.

Ukrayna bombalayır - Rusiyada dəhşətli partlayışlar
Son xəbərlərDaha çox