Azedu.az

Kompüter elmləri təhsilində lider ölkələr - ARAŞDIRMA

Araşdırma

4 Noyabr 2025, 18:20
Kompüter elmləri təhsilində lider ölkələr - ARAŞDIRMA

Beynəlxalq təhsil reytinqləri və araşdırmalar göstərir ki, ABŞ, Böyük Britaniya, İsveçrə, Sinqapur, Almaniya və Çin kompüter elmləri üzrə təhsil sahəsində ən güclü ölkələr sırasındadır. Bu ölkələr həm tədris keyfiyyəti, həm də texnoloji infrastrukturu ilə digərlərindən fərqlənir.

AzEdu.az bununla bağlı araşdırma aparıb.

ABŞ kompüter elmləri təhsilində dünya lideri hesab olunur. Stanford, MIT, Harvard kimi universitetlərdəki proqramlar həm nəzəri bilikləri, həm də praktiki bacarıqları inkişaf etdirməyə yönəlib. Stanford Universitetinin araşdırmasına əsasən, ABŞ tələbələri Çində və Hindistanda təhsil alan həmyaşıdları ilə müqayisədə daha yüksək nəticə göstəriblər.

Böyük Britaniya da bu sahədə güclü akademik ənənəsi ilə seçilir. Oxford və Cambridge universitetlərinin kompüter elmləri üzrə proqramları Avropada ən yüksək səviyyədə hesab olunur. Bu təhsil ocaqlarında tələbələr yalnız proqramlaşdırma deyil, həm də süni intellekt, kibertəhlükəsizlik və məlumat analitikası üzrə dərin biliklər əldə edirlər.

İsveçrə kompüter elmləri sahəsində innovativ yanaşmaları ilə fərqlənir. ETH Zurich və EPFL kimi universitetlər Avropada texnologiya təhsilinin ən qabaqcıl mərkəzləri sayılır. Güclü tədqiqat mühiti və sənaye əlaqələri İsveçrəni bu sahədə xüsusi mövqeyə gətirib.

Sinqapur Asiyada kompüter elmləri üzrə sürətlə yüksələn ölkələrdən biridir. Dövlətin təhsil sahəsinə etdiyi böyük sərmayə və texnoloji startap mühiti burada bu sahəyə marağı artırıb. Nanyang Technological University və National University of Singapore beynəlxalq reytinqlərdə ilk 20-likdə yer alır.

Almaniya Avropada kompüter elmləri təhsilinin daha əlçatan olduğu ölkələrdəndir. Dövlət universitetlərində təhsil haqqının aşağı olması və güclü texnoloji universitetlərin mövcudluğu (məsələn, TU Munich) bu sahədə xarici tələbələr üçün cəlbedici imkanlar yaradır.

Çin isə son illərdə kompüter elmləri və süni intellekt üzrə sürətlə irəliləyir. Pekin və Tsinghua universitetləri qlobal reytinqlərdə ön sıralara yüksəlib. Ölkənin innovasiya siyasəti və tədqiqat layihələrinə dəstək proqramları bu inkişafı daha da sürətləndirir.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox